AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Naxçıvan Muxtar Respublikasında səfər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun Sədərək rayonunda yerləşən hərbi hissəsində olub, hərbi qulluqçularla görüşüb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin üçüncü ildönümü ərəfəsində media nümayəndələri üçün əməliyyatların həyata keçirildiyi ərazilərdə media-tur təşkil olunub.
İyulun 9-da N hərbi hissəsinin yaradılmasının ildönümü münasibətilə tədbir keçirilib.
İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Qazaxıstanın Astana şəhərində "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib.
Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.
Şəhidlərin xatirəsi ehtiramla yad edildiUlu Öndərin siyasi kursunu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistan-Azərbaycan arasında mövcud olmuş münaqişə nizamlanmasını dövlət siyasətinin prioritetinə çevirmişdi...davamı"Azərbaycan Ordusu" qəzetinin tam variantı
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib.