AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
İyunun 12-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib.
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində təlim keçirilib.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Elvin İmaməliyev, Emin Əmrahov və Səbuhi Əhmədovun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
İyunun 11-i saat 11:50-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov bu ölkənin Hərbi Dəniz Donanmasını ziyarət edib, döyüşü idarəetmə məntəqəsi ilə tanış olub.
2023-cü il üçün hazırlıq planına uyğun olaraq, Heydər Əliyev adına Hərbi İnstitutun 4-cü kursunun kursantlarının iştirakı ilə keçirilən "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.
Böyük xilaskarın qayıdışı - Milli Qurtuluş GünüTəqvimə nəzər salsaq tarix boyu xalqımızın taleyində böyük əhəmiyyət daşıyan, dövlətimizin formalaşmasını, gələcək həyatını müəyyənləşdirən mühüm günlərin olduğunun şahidi olarıq.