Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 İyun 2023 11:55

İtaliyanın Hərbi Dəniz Donanması ziyarət edilib

İtaliya Respublikasında səfərdə olan Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov bu ölkənin Hərbi Dəniz Donanmasını ziyarət edib, döyüşü idarəetmə məntəqəsi ilə tanış olub.
Dəniz Donanmasının rəhbərliyi ilə görüşdə hər iki ölkənin Hərbi Dəniz Qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.