AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə nazirinin tapşırığına əsasən, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində NATO-nun Tərəfdaşlar üçün hazırlanmış Fərdi Tərəfdaşlıq və Planlaşdırma və Analiz Prosesi (ITPP/PARP) proqramları çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə NATO-nun bu proqram üzrə ekspertləri arasında ikitərəfli işçi görüşü keçirilib.
Müdafiə Nazirliyi Heydər Əliyev adına Hərbi İnstituta orta ixtisas təhsili (subbakalavr) pilləsinə ("Gizir hazırlığı kursu"na) qəbul elan edir.
İyunun 1-i saat 09:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Əməliyyat (Komando), motoatıcı, mexanikləşdirilmiş bölmələrinin komandirləri və onların müavinləri ilə Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlim-metodiki toplanış başa çatıb.