Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 İyun 2023 18:28

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər keçirilib - VİDEO

Müdafiə nazirinin tapşırığına əsasən, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərçivəsində hərbi qulluqçular uşaq evlərini ziyarət edərək bayram münasibəti ilə uşaqlara müxtəlif hədiyyələr təqdim ediblər, habelə bir qrup şəhid övladının sağlamlığının qorunması məqsədilə onların müayinə və müalicəsi, eləcə də dispanserizasiyası təşkil olunub.
Tədbirlərdə, həmçinin bayram süfrələri açılıb, uşaqlar üçün əyləncəli proqram nümayiş etdirilib.
Sonda xatirə şəkilləri çəkdirilib.