AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşınının ermənilər tərəfindən basdırılmış minaya düşərək partladığı əraziyə baxış keçirilib.
Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə özünüqiymətləndirmə təliminin məsləhətçi görüşü keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində “Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursları”na qəbul üzrə attestasiya keçirilib.
Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının müəyyən edilməsinə cəhdlər göstərilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Ramazan bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Şəhidlər anılır, xatırlanır, yaşadılır...Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızın xatirəsinin əbədiləşdirilməsi üçün başqa sahələrdə olduğu kimi, orta və ali təhsil müəssisələrində də böyük və dəyərli işlər görülür, müvafiq layihələr həyata keçirilir.
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar mülki işçilər!
Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.
Ulu Öndər Heydər Əliyev 20 il öncə, 2003-cü il aprelin 19-da əsasını qoyduğu indiki Cəmşid Naxçıvanski adına hərbi liseyi sonuncu dəfə ziyarət edib, məktəbin yetirmələri olan general, admiral, zabitlərlə, eləcə də burada xidmət edən müəllim, zabit heyəti və kursantlarla görüşüb.