Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Aprel 2023 22:21

Əlahiddə Ümumqoşun Orduda ixtisas hazırlığı kurslarına qəbul üzrə attestasiya keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində “Gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu hazırlığı kursları”na qəbul üzrə attestasiya keçirilib.
Attestasiya prosesində könüllü olaraq müraciət etmiş, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi qulluqçular və hərbi vəzifəlilərlə yanaşı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaq arzusunda olan qadınlar da iştirak ediblər. Kurslara namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük verilib. Attestasiya komissiyasından müsbət rəy alan namizədlər imtahanlarda iştirak etmək hüququ qazanıblar.
İmtahanlarda yaxşı nəticə göstərən namizədlər müvafiq kurslara qəbul ediləcək, kursları müvəffəqiyyətlə başa vuran kursantlar Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələrində ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunacaqlar.