AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin Gürcüstanda keçirilən hərbi təlimləri başa çatıb.
Ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanov Hərbi Hava Qüvvələri (HHQ) və Hərbi Dəniz Qüvvələrinin (HDQ) hərbi hissələrini, həmçinin Milli Müdafiə Universitetini ziyarət edib.
Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.
Oktyabrın 19-da Özbəkistan Respublikasının müdafiə naziri general-leytenant Baxodir Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
“Şəxsi heyətimiz qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə hər zaman hazır və qadirdir”Payız...
Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.
2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz xüsusi taborlarının sualtı hücum (SAH) və sualtı müdafiə (SAM) bölmələri ilə Türkiyə HDQ xüsusi təyinatlı bölmələrinin birgə təlimi başa çatıb.
Oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərinə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusunu cəmləşdirməsi tərəfimizdən müşahidə edilib.
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Rüfət Əsgərov, Ramil Ağayev, Daşdəmir Paşayev, İlqar Vəliyev, Anar Qorçuyev və Sabir Əbdürrəhmanlının xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.