Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2022 17:48

“Qafqaz Qartalı-2022” adı altında Gürcüstanda keçirilən hərbi təlimlər başa çatıb

“Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin Gürcüstanda keçirilən hərbi təlimləri başa çatıb.
Oktyabrın 20-də Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasında təlimlərin rəsmi başa çatması ilə əlaqədar tədbir keçirilib.
Mərasimdə Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze, Azərbaycanın Gürcüstandakı Səfirliyinin hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, eləcə də Türkiyə səfirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti iştirak ediblər.
Bildirilib ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi təlim uğurla başa çatıb.
Qeyd edək ki, oktyabrın 10-da Muxrovani hərbi bazasında təlimlərin açılış mərasimi olmuşdu.
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.