Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Oktyabr 2022 17:00

Tabor komandirləri arasında yarış keçirilib

2022-ci ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarında ən yaxşı tabor komandiri adı uğrunda yarış keçirilib.
Yarışda motoatıcı və əməliyyat (komando) tabor komandirlərinin rəhbəredici sənədlər üzrə nəzəri bilikləri və taktiki tapşırıqları həll etmə bacarıqları yoxlanılıb. Həmçinin praktiki atış, sıra və fiziki hazırlıq üzrə normativlər qəbul edilib.
Komissiya tərəfindən aparılan qiymətləndirmədə ən yüksək nəticələr əldə edən zabitlər “Ən yaxşı motoatıcı, əməliyyat (komando) taborunun komandiri” adına layiq görülüblər.