AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Latviya Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi qəbul edib.
Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilir.
Aprelin 25-də Müdafiə Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin, Tankçı Veteranlar İctimai Birliyinin və Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının birgə təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsində şəhid olan yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar anım mərasimi keçirilib.
Bakı şəhəri Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbin şagirdləri Cəmşid Naxçıvanski adına hərbi liseyi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət ediblər.
Quru Qoşunlarının N hərbi hissəsində 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
Azərbaycan Tibb Universitetinin şəhid məzunlarının xatirəsinə ucaldılan abidənin açılışı olduAzərbaycan Tibb Unuversitetində Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən universitetin şəhid məzunlarının xatirəsinə ucaldılan möhtəşəm abidənin açılış mərasimi keçirildi...davamıVətən müqəddəsdir və onu qorumaq ən şərəfli vəzifədir"N" hərbi hissəsində təlim zamanı həm komandirləri, həm də xidmət etdiyi bölmənin şəxsi heyəti tərəfindən xoş sözlərini eşitdiyim müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Adil Quliyevlə tanış oldum.
Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən “Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti” adı uğrunda yarışlar keçirilib.
Cəmşid Naxçıvanski adına hərbi liseyin yarandığı gün şəxsi heyətin yay tətilinə təsadüf etdiyindən hərbi lisey gününün nə vaxt qeyd edilməsi həmişə problemlər yaradırdı.
“Layiqli vətəndaş olmağın təməli Vətən sevgisidir”Artilleriya qurğularının dünya ordularının arsenalında özünəməxsus yeri var - dəqiq artilleriya zərbələri döyüşün gedişini dəyişmək iqtidarındadır.