Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaq istəyən ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların nəzərinə
20 Aprel 2022 10:21
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2021-ci il tarixli 1476 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq xidmət müddətində məhkumluğu aşkar edilmiş ehtiyatda olan (zabit, gizir, “miçman” və müddətdən artıq həqiqi hərbi xidmət) hərbi qulluqçuların dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunmaları üçün Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Komissiyaya aşağıdakı sənədlər təqdim edilməlidir:- Dövlət vəsaiti hesabına daimi mənzillə təmin olunma barədə ərizə;- Hərbi qulluqçu barədə çıxarılmış məhkəmə hökmü (əsli və ya notarial təsdiqi);- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya üzərindən götürülməsi barədə arayış (əsli və ya notarial təsdiqi).