Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2022 12:00

"Azərbaycan Ordusu" qəzeti № 30 (2641)

“Layiqli vətəndaş olmağın təməli Vətən sevgisidir”

Artilleriya qurğularının dünya ordularının arsenalında özünəməxsus yeri var - dəqiq artilleriya zərbələri döyüşün gedişini dəyişmək iqtidarındadır. Artilleriya qurğusundan peşəkarcasına istifadə etmək hərbçidən yüksək bilik, fiziki hazırlıq və möhkəm iradə tələb edir. Tarixən döyüşlərdə yüksək səriştəsi ilə qələbələri təmin edən artilleriyaçılarımız olub...davamı



Unudulmayan qəhrəmanlar

"N" hərbi hissəsində Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun anım mərasimi keçirildi.
Tədbir iştirakçıları hərbi hissənin qarşısında qəhrəmana ucaldılan büstün önünə əklil qoydular, xatirəsini hörmət və ehtiramla andılar...davamı



Arzusuna qovuşan qəhrəman

Ötən il Zəfər Günündə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Bayraq meydanı istifadəyə verildi. Üçrəngli bayrağımız şəhidlərimizin əziz xatirəsinə və Zəfər Gününün şərəfinə əbədi yüksəkliyə ucaldıldı. 2,5 hektar ərazini əhatə edən Bayraq meydanı milli ornamentlərin - buta və xarıbülbülün əks olunduğu memarlıq elementləri ilə dizayn edilib...davamı



Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

Mövzu: Müasir cəmiyyətdə dinin rolu və yeri. Azərbaycanda islami dəyərlərin bərpası. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir.

Suallar:
1. Müasir cəmiyyətdə dinin rolu və yeri.

2. Azərbaycanda islami dəyərlərin  bərpası.

3. Azərbaycan Respublikası dini tolerantlıq nümunəsidir...davamı



44 günlük uğurlu döyüşlər unudulmayacaq

Azərbaycan əsgərinin ən böyük arzusu, istəyi Ali Baş Komandanımızın verəcəyi döyüş əmri ilə Vətən torpaqlarını işğaldan azad etmək idi. Məkrli niyyətindən əl çəkməyən düşmən son zamanlar tez-tez təxribatlara əl atır, atəşkəsi pozurdu. 2020-ci il sentyabrın 27-də düşmənin layiqli cavabını verən şanlı ordumuz cəbhənin bütün istiqamətlərində işğalçıları geri çəkilməyə məcbur etdi...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı