AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 15-i saat 19:00-dan 19:25-dək Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabul beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir.
Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Avqustun 15-i saat 04:33 və 07:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən "Fire Land Production"ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün "Mənim atam qəhrəmandır" adlı silsilə layihənin növbəti tədbiri şəhid analarının iştirakı ilə həyata keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hava hücumundan müdafiə bölmələrində taktiki-xüsusi təlimlər keçirilir.
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 13-ü saat 23:05-də Berd rayonunun Çinari kəndi ərazisində yerləşən mövqelərindən Tovuz rayonunun Muncuqlu kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
“Vətən müharibəsi qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı”“N” hərbi hissəsinin zabit və əsgərləri də Vətən müharibəsində yaxından iştirak ediblər.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun anım günü keçirilib.