AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Tariximizin ən şanlı, ən parlaq səhifəsiQədim və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycanda xalqımız azadlığı və müstəqilliyi uğrunda daim mübarizə aparıb.
Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.
Türkiyə Respublikasının Konya şəhərində keçirilən Azərbaycan Ordusunun hərbi qulluqçularının da qatıldığı “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.
Ermənistan Müdafiə Nazirliyi Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə növbəti dəfə yalan məlumat yayıb.
2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Xəzər dənizinin Azərbaycan Respublikasına aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra edib.
Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün bir sıra tədbirlər həyata keçirilib.