AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Azərbaycan Ordusu gücümüzü bütün dünyaya nümayiş etdirdiMüasir dövrdə komandanlığın döyüş tapşırıqlarının düzgün və vaxtında yerinə yetirilməsi hər bir əsgər və zabitdən yüksək nəzəri və praktiki hərbi biliklə yanaşı, fiziki-psixoloji hazırlıq da tələb edir.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2021-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Səbinə Əliyeva və aparatın nümayəndələri mayın 4-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun silahlanmasında olan müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının (PUA) heyətləri təlim-məşq uçuşları yerinə yetirirlər.
2021-ci il tədris ilinin hazırlıq planına əsasən radiasiya, kimyəvi və bakterioloji mühafizə bölmələrinin döyüş hazırlığının yüksəldilməsi üzrə tədbirlər keçirilir.
"Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 14 aprel 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Müdafiə Nazirliyinin tədbirlər planına uyğun olaraq Hərbi Liseydə növbəti tədbir keçirilib.
Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Naxçıvan Qarnizonu Qoşunlarında qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi istiqamətində keçirilən təlimlər davam edir.