AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanları tərəfindən Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə sosial və psixoloji dəstək fəaliyyəti həyata keçirilir.
Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Vətən müharibəsində hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Valeh İsbat oğlu Məmiyevin ailəsinə göndərdiyi məktub ünvanına çatdırılıb.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Silahlı Qüvvələrin Hərbi Akademiyasında Azərbaycan və Böyük Britaniya Müdafiə Nazirliklərinin hərbi təhsil üzrə ekspertləri arasında görüş keçirilib.
Fevralın 17-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələri, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.