AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Birinci Fəxri xiyabana gedərək görkəmli hərbi və ictimai-siyasi xadim Akim Əli oğlu Abbasovun məzarını ziyarət edib və qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyublar.
Silahlı Qüvvələrin Hərbi Akademiyası - qalib komandirlər yetişdirən təhsil ocağıErmənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması ilə başlayan, 44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları tərəddüd etmədən yerinə yetirməyə qadir güclü ordunun yaradılmasında dərin düşüncəli və yüksək hazırlıqlı zabit heyətinin əvəzolunmaz rolu vardır.
Müdafiə Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş “Xocalı - faciədən doğan intiqam” adlı tədbir keçirilib.
Fevralın 26-da Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Xocalı soyqırımı abidəsini ziyarət edib.
Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Fevralın 25-də Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş İcraçı Direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.