Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Fevral 2021 12:19

"Azərbaycan Ordusu" qəzeti № 16 (2524)

Silahlı Qüvvələrin Hərbi Akademiyası - qalib komandirlər yetişdirən təhsil ocağı

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması ilə başlayan, 44 gün davam edən və rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsi bir daha göstərdi ki, ən çətin və məsuliyyətli tapşırıqları tərəddüd etmədən yerinə yetirməyə qadir güclü ordunun yaradılmasında dərin düşüncəli və yüksək hazırlıqlı zabit heyətinin əvəzolunmaz rolu vardır. Qarşıya qoyulan istənilən hərbi təyinatlı tapşırığın icrasının planlaşdırılması, təşkili, şəxsi heyətin bu tapşırıqların icrasına bütünlüklə səfərbər edilməsi məhz zabit və komandir heyətinin yüksək bilik və bacarığı sayəsində mümkündür...davamı



Yeni istirahət kompleksi Vətən müharibəsində ordumuzun tarixi Zəfərini əks etdirəcək Hərbi Qənimətlər Parkı salınır

Qırx dörd günlük müharibədə Silahlı Qüvvələrimizin düşmənə qarşı tətbiq etdiyi taktiki yeniliklər, müasir silah və texnikadan istifadə hərb sənətində yenilik kimi dünyanın güc mərkəzlərində bu gün öyrənilir. Xalqımızın Vətən müharibəsində misilsiz qəhrəmanlığının və qazandığı tarixi Zəfərin əbədiləşdirilməsi üçün Azərbaycan Prezidentinin Sərəncamı ilə paytaxtımızda Zəfər Muzeyi inşa olunur və Hərbi Qənimətlər Parkı salınır.Bu günlərdə Xətai rayonunun ərazisində tikintisi sürətlə davam etdirilən Hərbi Qənimətlər Parkında görülən işlərlə tanış olduq...davamı



"Azərbaycan Ordusu" qəzetinin tam variantı