Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Fevral 2021 12:23

Azərbaycan HHQ-nin aviasiya vasitələri yeni tədris ilində ilk praktiki uçuşları icra edir - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim uçuşları keçirir.
Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri gündüz və gecə vaxtlarında ilk praktiki uçuşları icra edir.
Təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatını da həyata keçirir.