AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsini bu il bitirmiş, hərbi hissələrdə müvafiq vəzifələrə təyin edilərək xidmətinə davam edən zabitlərlə növbəti təlim-metodiki toplantı keçirilib.
Məktəblilərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi və hərbi xidmətə düzgün istiqamətləndirilməsi məqsədi ilə Sədərək və Şərur rayonlarında fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri praktiki məşğələlərə cəlb ediliblər.
Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Bakı şəhəri 2 saylı Texniki humanitar elmləri liseyinin şagirdləri Hərbi Dəniz Qüvvələrinin bazasına ekskursiya ediblər.
Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq hərbi hissələrdən birində növbəti seminar keçirilib.
“Torpaqlarımızı tezliklə işğaldan azad edəcəyik!”"N" hərbi hissəsinin artilleriya divizionunun şəxsi heyətinin atış və atəşin idarə olunması məşqində gördüklərimiz də bir daha ordumuzun tərəqqisinin qaçılmaz və labüd olduğunu deməyə əsas verir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 1-dək 104.234.547,81 AZN, 213.577,88 ABŞ dolları, 17.566 avro və 5000,0 rubl vəsait daxil olub.