Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Noyabr 2019 11:20

Əfqanıstan səfiri H.Əliyev adına AAHM-də olub - VİDEO

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenay Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini ziyarət edib.
Öncə qonaqlar məktəbin ərazisində ucaldılan xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Görüşdə ilk olaraq brifinq keçirilib, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaranma tarixini və fəaliyyətini özündə əks etdirən qısametrajlı video-süjet təqdim edilib.
Sonda qonaq hərbi məktəbdə təhsil alan əfqan kursantlarla görüşüb.