AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir”Yayın ilk günləridi...
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlığı ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Milli mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.
Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə iyulun 2-də Minsk şəhərinə yola düşəcək.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il iyulun 1-dək 100.742.334,19 AZN, 213.577,88 ABŞ dolları, 16.936,0 avro və 5000,0 rubl vəsait daxil olub.