Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 İyul 2019 12:45

Azərbaycan Ali Hərbi Məktəbində milli-mənəvi dəyərlərimizin təbliği mövzusunda tədbir keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə  “Milli mənəvi dəyərlərin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə dövlət komitəsinin nümayəndələri, hərbi məktəbin zabitləri, müəllimləri, kursantları və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.    
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan polkovnik Emin Səfərov milli dəyərlərimizin qorunması və inkişafının Ulu Öndərin adı ilə bağlı olmasından, hazırda bu siyasətin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Ordumuzun uğurlarından söz açıb. “Hər bir görüş bizdə qürur hissi doğurur. Çünki Azərbaycan ordusu gündən-günə güclənir, müasirləşir. Maddi texniki təchizatın təkmilləşdirilməsi, bu istiqamətində aparılan işlər, daxili nizam-intizam ordumuzu dünyanın ən güclü orduları sırasına çıxarır. Hərbi hissələrdə, hərbi təhsil müəssisələrində xalqımıza xas milli-mənəvi dəyərlər təbliğ edilir, gənclər vətənpərvərlik ruhunda tərbiyə olunur. Malik olduğumuz milli dəyərlərin kökündə, ilk növbədə, Vətənə qırılmaz tellərlə bağlılıq, yüksək milli-mədəni irs və adət-ənənələr dayanır”, - deyə A.Sofiyeva bildirib.
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə öz çıxışında Respublikamızın bütün dünyada sərbəst şəkildə öz sözünü deyən və hörmət edilən dövlətlərdən olduğunu, bu uğurun ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində qazanıldığını qeyd edib. “1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən və Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra ordu quruculuğu sahəsində fəaliyyətə güclü təkan verilib, döyüş qabiliyyətli silahlı qüvvələrin yaradılması üçün zəruri şərait formalaşdırılıb. Hazırda Azərbaycan Ordusu bölgənin ən qüdrətli ordusu kimi, işğal altındakı torpaqları istənilən vaxt düşməndən azad və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir”, - deyə R.Mirzəzadə vurğulayıb.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.