AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Sentyabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Mərkəzi Komanda Məntəqəsində Azərbaycan Ordusunun rəhbərliyi, eləcə də videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirlərinin və digər məsul zabitlərin cəlb olunması ilə geniş tərkibdə xidməti müşavirə keçirib.
“ADEX-2018” sərgisi dövlətimizin hərbi potensialını nümayiş etdirmək baxımından mühüm platformadırHər bir ölkədə inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran hədəflərin düzgün müəyyənləşdirilməsidir.
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanan 2018-ci il üçün birgə tədbirlər planına əsasən Hərbi Dəniz Qüvvələrində görüş keçirilib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2018-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən, Şimali Atlantika Alyansının Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının və Portuqaliyada yerləşən Birləşmiş Təhlil və Təcrübələrin Öyrənilməsi Mərkəzinin mobil təlim qrupları tərəfindən Bakıda “NATO-nun əməliyyatların qiymətləndirilməsi” və “NATO-da təhlil və təcrübələrin öyrənilməsi” mövzularında təlim kursları təşkil olunub.
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik-leytenant Rəşad Quliyev ölkəmizdə səfərdə olan Beynəlxalq Cüdo Federasiyasının rəsmisi Stefan Marginean ilə görüşüb.
Sentyabrın 26-də “ADEX 2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çinin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” korporasiyasının vitse-prezidenti Liu Jianminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sentyabrın 26-da Azərbaycan və Ermənistan dövlət sərhədinin Gədəbəy rayonu istiqamətində keçirilən monitorinq insidentsiz başa çatıb.
And yerimiz VətəndirVətən təkcə üstündə gəzdiyimiz torpaq parçası deyil.
Sentyabrın 25-də Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2018" üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev Müdafiə Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyi arasında yeni rabitə vasitələrinin təchizatına dair anlaşma memorandumu imzalayıblar.