AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin Azərbaycan hakimiyyətinə qayıdışının 25-ci ildönümü və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş kütləvi vətənpərvərlik tədbirləri aylığının təntənəli açılış mərasimi olub.
Müdafiə nazirinin tapşırığına əsasən hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbirlər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhə xəttinin müxtəlif istiqamətlərində yerləşən ön xətt bölmələrində olublar.
İyunun 1-də Hərbi Dəniz Qüvvələrinin (HDQ) qərargahında Beynəlxalq Ordu Oyunları çərçivəsində Bakıda keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq üzrə təşkilat komitəsinin ilk görüşü keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyun 2018-ci il tarixədək 91.117.673,50 AZN, 213.577,88 ABŞ dolları, 11336,0 avro və 5000,0 rubl vəsait daxil olub.