AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 5-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi üçün inşa edilmiş hərbi şəhərcikdə yaradılan şəraitlə tanış olub.
Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə mayın 30-dan iyunun 6-dək İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir.
Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyinin və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər iyunun 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” missiyasının rəsmi twitter səhifəsində Azərbaycan sülhməramlılarının əməliyyatda iştirakı ilə bağlı xüsusi videoçarx yayılıb.
Qars şəhərində keçirilmiş Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcəkdir.
“Bu torpaqlar bizimdi, bizim olacaq!”Təbiətimizin bəxş etdiyi gözəllikləri seyr edə-edə, ön xətdə yerləşən "N" hərbi hissəsinə çatırıq.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində dövlət imtahanları keçirilir.
Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.