Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 İyun 2018 15:32

MOİK təmsilçisi dünya çempionu oldu

Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkilatçılığı ilə mayın 30-dan iyunun 6-dək İsveçrənin Tun şəhərində hərbi atıcılıq üzrə 50-ci dünya çempionatı keçirilir.
Çempionatda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun 2 idmançısı baş leytenant Ruslan Lunev və Nigar Nəsirova təmsil edirlər.
Yarışların tapançadan 25 metr məsafədən atış növündə iştirak edən təmsilçimiz Ruslan Lunev Estoniya və Çindən olan rəqiblərini üstələyərək qızıl medala layiq görülüb və dünya çempionu adını qazanıb.