AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 25-də Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Ulduzları” aviasiya qrupuna daxil olan 8 ədəd F-5 tipli təyyarələri ölkəmizə gəlib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib.
İyunun 23-də Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibətilə tədbir keçirilib.
Bu il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü tamam olur.
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar bayram tədbirlərinə hazırlıq məqsədilə Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Bakı buxtası üzərində uçuşlar keçirir.
Silahlı Qüvvələrin 100 illik yubileyi münasibətilə Dənizkənarı Milli Parkda Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestri və Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar bayram tədbirlərində “Solo Türk” və “Türk Ulduzları” qrupuna daxil olan təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçiriləcək.
Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.
İyunun 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilmiş yeni inzibati binasının açılışında iştirak ediblər.