AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Martın 9-da Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 11.00-da Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı” günü keçiriləcək.
Azərbaycan-ABŞ ikitərəfli əməkdaşlıq planına əsasən ABŞ Avropa Komandanlığının mütəxəssisləri tərəfindən Bakıda “Quru Qoşunlarda texniki xidmət və təmir bölmələrinin işinin təşkili” mövzusunda seminar keçirilib.
Bu ruhun zərrəsi olmaq da səadətdi, Vətən!..
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi sistemində çalışan hərbi və mülki qulluqçu qadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Əziz xanımlar!Sizi 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı bildirirəm.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 7-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) “REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) “Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) “Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.