Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Mart 2018 13:04

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində "dəyirmi masa" keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu və milli-mənəvi dəyərlərimiz” mövzusunda "dəyirmi masa" keçirilib.
Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev tədbirdə çıxış edərək ordumuzun şəxsi heyətinin mənəvi-psixoloji hazırlığından, eləcə də azərbaycançılıq ideologiyasına, dövlətə və dövlətçiliyə sədaqətindən danışaraq hər bir hərbi qulluqçunun Vətəni şücaətlə  qoruduğunu bildirib.
Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani milli-mənəvi dəyərlərimizin mənəvi-psixoloji hazırlıqda başlıca mənbə olduğunu vurğulayıb.
Çıxış edənlər milli-mənəvi dəyərlərin təbliği ilə bağlı şəxsi heyətin daha geniş məlumatlandırılması yollarından danışıb, Azərbaycan Respublikası Prezidentinin hərbi qulluqçuların vəzifə maaşlarının artırılması sərəncamının mühüm əhəmiyyət kəsb etdiyini və bunun dövlətimizin diqqət və qayğısının təzahürü olduğunu qeyd ediblər.