Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi sistemində çalışan hərbi və mülki qulluqçu qadınların iştirakı ilə 8 Mart - Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bayram münasibətilə təbriki tədbir iştirakçılarına çatdırılıb.
Bayram tədbiri Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin yaradıcı kollektivinin təşkil etdiyi proqram, eləcə də respublikamızın xalq və əməkdar artistlərinin, tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında rəngarəng mahnılarla davam edib.