AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Hərbi verilişlər hazırlayan müxtəlif televiziyaların əməkdaşları ilə Müdafiə Nazirliyində görüş keçirilib.
Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
“Güclü dövlətin vətəndaşı, qüdrətli ordunun əsgəriyik!”Qışdı.
Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və Müdafiə Nazirliyinin nümayəndələri plana uyğun olaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Hərbi Hava Qüvvələrinin “N” nömrəli hərbi hissəsinin 26-cı ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.
Fevralın 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə ölkənin aparıcı media nümayəndələrinin Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Ordusunun 100 illiyi münasibətilə bayram tədbirlərinin kütləvi informasiya vasitələrində geniş işıqlandırılmasının həyata keçirilməsinə həsr olunan görüşü keçirilib.
Tarixi torpaqlarımıza qayıdış Azərbaycan dövlətinin strateji siyasətidirQədim dövlətçilik tarixinə malik olan Vətənimiz zəngin yerüstü və yeraltı sərvətləri ilə daim dünyanın böyük dövlətlərinin diqqətini cəlb edib və Azərbaycanın mühüm geosiyasi məkanda yerləşməsi də müxtəlif vaxtlarda bəzi dairələrin marağına səbəb olub...davamı “Ali Baş Komandanımızın, xalqımızın qarşısında bir şərəf borcumuz var...”XXI əsrdə Azərbaycanda baş verən qlobal dəyişikliklər ordumuzu da əhatələyib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə NATO arasında 2018-ci il üçün fərdi tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində fevralın 12-dən Bakıda “Təlimlərin planlaşdırılması” mövzusunda təlim kursu başlayıb.
Fevralın 12-dən 16-dək Ankara şəhərində (Türkiyə Respublikası) terrorizmlə mübarizə, 23-dək isə Qarmiş-Partenkirxen şəhərində (Almaniya Federativ Respublikası) ardıcıl tərcümə metodologiyası kursları keçirilir.
Düşmən tərəfinin Azərbaycan-Ermənistan dövlət sərhədini pozmaq məqsədilə Qazax rayonu istiqamətində həyata keçirdiyi növbəti təxribatı uğursuzluqla nəticələnib.