AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
İyulun 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İspaniya Krallığının ölkəmizdə diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.
Müdafiə Nazirliyi ilə Səbail rayon icra hakimiyyətinin birgə layihəsi əsasında ön cəbhə xəttində xidmət edən hərbi qulluqçuların övladları, şəhid uşaqları, eləcə də rayonun məktəblərində təhsildə fərqlənən şagirdlərdən ibarət 150 nəfərlik qrup Qusar rayonunda yerləşən "N" saylı hərbi hissədə təşkil olunan hərbi-vətənpərvərlik təmayüllü "Gənc Heydərçilər" yay düşərgəsinə yola salınıb.
Adı Azərbaycan xalqının yaddaşına qüdrətli sərkərdə, dövlət xadimi, şair və sənətin yorulmaz hamisi kimi həkk olunmuş Şah İsmayıl Xətainin anadan olmasının 530 illiyi Silahlı Qüvvələrdə də geniş qeyd edilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi Silahlı Qüvvələrin döyüş hazırlığı planına əsasən, hərbi hissə və birləşmələrin şəxsi heyətlə iş üzrə komandir müavinlərinin və psixoloqlarının təlim-metodik toplantısı keçirilib.
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub.
Müdafiə nazirinin tapşırığına əsasən Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissələrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 48-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.
Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.
- Son zamanlar Dağlıq Qarabağdakı təmas xəttində bir neçə insident baş verib.
İyulun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.