AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 24-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qaydaları, təhlükəsizlik və təşkilati məsələlərlə bağlı ilkin təlimat və hakimlər komissiyasının iclası keçirilib.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2017” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Qazaxıstan” və “Sarıarka” raket-artilleriya, eləcə də “Jayık” hidroqrafiya gəmiləri iyulun 22-də Bakıya gəliblər.
Naxçıvan etibarlı müdafiə olunurHər keçən gün daha da güclənən Azərbaycan Silahlı Qüvvələrinin həm silah arsenalı, həm də maddi-texniki təminat bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir...davamı Azərbaycan əsgəri yeni qələbələr qazanacaqÖlkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır.
Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birgə təşkil etdiyi "Xalqla Ordu əl-ələ" hərbi vətənpərvərlik marafonu davam edir.
NATO-nun Əfqanıstan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 44 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.
İyulun 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Fəlakətlərin İdarəolunması Milli Agentliyinin sədri general-leytenant Omar Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 19-da Göygöl rayonu Ömər dağ keçidində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
“Əsgərəm, qürurum Vətəndir mənim!”Mil və Muğan düzlərində yerləşən rayon əkinçiliyə yararlı torpaqları ilə seçilir.
İyulun 18-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Dəniz Qüvvələrinin bazasında fəaliyyət göstərən Təlim-məşq kompleksində olub.