AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Bu ilin iyun ayında Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olmuş Şahvələdov Sultan Niyaz oğlunun təltif edildiyi Azərbaycan Respublikasının “Şücaətə görə” medalı ailəsinə təqdim olunub.
“Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak etmək üçün Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Qazaxıstana yola düşüb.
“Beynəlxalq Ordu Oyunları - 2017” yarışları çərçivəsində keçirilən “Səhra mətbəxi” müsabiqəsində iştirak etmək üçün Azərbaycanın hərbi aşpazları Moskvaya gəliblər.
Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xətti və Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca ağır silahlardan istifadə edilməklə atəşkəs rejiminin intensiv şəkildə pozulması və təxribatların törədilməsi halları baş verməkdədir.
“Vətənlə döyünür ürəklərimiz”"N" hərbi hissəsinin düşmənlə bilavasitə təmas xəttində yerləşən bölməsindəyik.
Rusiya Federasiyasının Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının “Tank biatlonu” müsabiqəsi çərçivəsində iştirak edəcək komandalar və tank heyətlərinin püşkatma mərasimi keçirilib.
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.
İyulun 25-də Hərbi Dəniz Qüvvələrinin qərargahında iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin mətbuat konfransı keçirilib.
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin 1982 və 1987-ci il məzunlarının buraxılışlarının 30 və 35 illiyi münasibətilə görüş keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin bir hissəsi “Beynəlxalq Ordu Oyunları - 2017” çərçivəsində keçiriləcək “Tank biatlonu” və “Səhra mətbəxi” müsabiqələrində iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.