AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Əziz həmvətənlər!Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və xoş əhval-ruhiyyə arzulayıram.
Martın 17-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə nazirliyin rəhbər heyəti Qusar rayonunda olub.
Novruz bayramı münasibətilə Naxçıvan Muxtar Respublikasının hər yerində, eləcə də Əlahiddə Ümumqoşun Ordusunun ayrı-ayrı bölmələrində silsilə tədbirlər keçirilir.
Martın 17-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycan, Rusiya və Qazaxıstan nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə cari ilin avqust ayında ölkəmizin ərazi sularında keçirilməsi planlaşdırılan “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin işçi görüşünün yekununa dair birgə protokol imzalanıb.
Martın 16-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr edilmiş “Çingiz dastanı” kitabının təqdimatı olub.
Martın 15-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov birlik, birləşmə və hərbi hissə komandirlərinin və xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə görüşüb.
Martın 15-də Azərbaycan Respublikasını Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Moskvada keçirilən MDB-nin üzvü olan dövlətlərin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak edib.
Bakıda Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının professor-müəllim heyətinin və NATO/ABŞ ekspert qrupunun iştirakı ilə “Strategiya və qüvvə planlaşdırılması” və “Əməliyyatların hazırlanması və planlaşdırılması” mövzularında seminarlar keçirilib.
Martın 15-də Hərbi Dəniz Qüvvələrinin qərargahında Azərbaycanın ərazi sularında təşkil olunacaq “Dəniz Kuboku -2017” beynəlxalq yarışının planlaşdırılması üzrə növbəti konfrans keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 15-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.