AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 mart 2017-ci il tarixədək 80.385.012,74 AZN, 212.673,88 ABŞ dolları, 6235,69 avro və 5000,0 rubl vəsait daxil olub.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 1-də Ağdam rayonunun Çəmənli kəndi istiqamətində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin Tikinti Baş İdarəsinin keçmiş rəisi, “Əməkdar İnşaatçı” istefada olan polkovnik Əliyev Adil Ömər oğlu 2017-ci il fevralın 28-də ömrünün 74-cü ilində uzun sürən xəstəlikdən sonra vəfat edib.