AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Ramazan bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olub.
Cənab zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.
Son üçtərəfli danışıqlarda əldə edilən razılaşmaya baxmayaraq düşmən tərəf atəşkəs rejimini pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat törədib.
Havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb.
İyulun 4-dən 29-dək Vışkov şəhərində (Çexiya Respublikası) Əməliyyat atıcılığı üzrə kurs keçirilir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən yeni tikilən növbəti hərbi hissənin açılışı olub.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Silahlı Qüvvələri arasında ikitərəfli əməkdaşlıq planına əsasən 160-cı briqadanın komandiri briqada generalı Martin Qambelin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna 1 iyul 2016-cı il tarixədək 74.828.198,22 AZN, 212.373,88 ABŞ dolları, 3593,69 avro və 5000,0 rubl vəsait daxil olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.