AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyulun 24-dən 30-dək Əmman şəhərində (İordaniya Haşimilər Krallığı) NATO-nun Əməliyyat İmkanları Konsepsiyası proqramı çərçivəsində "məsləhətçi görüş", iyulun 25-dən 29-dək isə Oberammerqau şəhərində (Almaniya Federativ Respublikası) birgə təlim keçmə imkanları üzrə konfrans keçiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən isti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir.
İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının keçirilməsi planlaşdırılır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Azərbaycan Respublikası Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 21-də Tərtər şəhərinin qərbindən keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və hərbi hissə komandirlərinin, xüsusi təyinatlı təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinləri ilə keçirilən təlim-metodik toplantıda Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov iştirak edib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 15-də Azərbaycan Respublikası Füzuli rayonu Horadiz şəhərinin cənubundan keçən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyasının komandanı general-leytenant Robi Aşerin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə işçi səfəri başlayıb.
Ermənistan hərbi-siyasi rejiminin rəhbərliyi cəbhə xəttində vəziyyətin gərginləşdirilməsi məqsədilə növbəti təxribatı həyata keçirib.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 2016-cı ilin ötən dövrü ərzində həyata keçirilən tədbirlərin təhlili və döyüş hazırlığının ikinci yarımilində qarşıda duran vəzifələrlə bağlı toplantı öz işinə başlayıb.