Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyul 2016 09:00

Silahlı Qüvvələrimizin nümayəndələri "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarında iştirak edəcək

İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında "Beynəlxalq Ordu Oyunları - 2016" yarışlarının keçirilməsi planlaşdırılır.
Yarışlar çərçivəsində təşkil ediləcək "Xəzər Kuboku - 2016" və "Tank biatlonu - 2016" müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Mahaçqala limanı yaxınlığında keçiriləcək "Xəzər Kuboku - 2016" beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.
"Xəzər Dənizi - 2016" yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.