Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən yeni hərbi hissələrdə tikinti-inşaat işləri davam edir.
Cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikilməkdə olan hərbi şəhərciklərə baş çəkərək inşaat işlərinin keyfiyyətli ilə maraqlanıb. Müdafiə naziri inşa edilən qərargahlar, yataqxanalar, döyüş texnikası üçün saxlanclar, sıra meydanları, yeməkxanalar, tibb məntəqələri, digər xidməti, inzibati bina və qurğularda, eləcə də hamam-camaşırxana-qazanxana komplekslərində gedən tikinti işləri ilə tanış olub, müvafiq tapşırıqlar verib.