AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evinin Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə keçirdiyi Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" hərbi-vətənpərvərlik mahnıları musabiqəsinin yarımfinal mərhələsinə start verilir.
İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın elektron kütləvi informasiya vasitələrinin yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Naxçıvan şəhərinə səfər ediblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
İyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iyunun 4-ü və 5-də Xarkov şəhərində keçiriləcək Ukrayna Müdafiə Sənayesi müəssisələri ilə tanışlıq tədbirində iştirak edəcək.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 3-də Qırğızıstan Respublikasının Çolpon-Ata şəhərində keçiriləcək Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcəkdir.
Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 1-də Bişkək şəhərindəki Qələbə meydanında yerləşən Əbədi məşəl abidə kompleksini ziyarət edərək əklil qoyub.
Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 1-də bu ölkənin Baş naziri cənab Temir Sariyevlə görüşüb.