AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, mövqe istiqamətində hərəkət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun dağ-meşə şəraitində yolu azmaları və qarşı tərəfdə olduqları ehtimal edilir.
İyunun 20-də Müdafiə Nazirliyində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbər heyətilə 2015-ci ilin qış tədris dövrünün yekunlarına həsr olunmuş Kollegiya iclası keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində bayram münasibətilə təntənəli mərasimlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib.
Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 15 iyun Milli Qurtuluş Günü ilə bağlı hərbi hissələrdə silsilə tədbirlər həyata keçirilir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 15 iyun Milli Qurtuluş Günü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər və matroslar!Sizi 15 iyun - Milli Qurtuluş günü münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
İyunun 8-də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə məzunların 43-cü buraxılışı keçirilib.