Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyun 2015 09:00

Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordusunda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində bayram münasibətilə təntənəli mərasimlərin keçirilməsi artıq xoş bir ənənəyə çevrilib. İyunun 15-də Şəmkir hərbi birliyində keçirilən təntənəli mərasimdən əvvəl tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək əklil və gül dəstələri qoyublar.
Hərbi orkestrin müşayiəti ilə Dölət himni ifa edildikdən sonra təntənəli mərasimdə polkovnik Elşad Əbilov çıxış edərək 1993-cü ildən başlanan Qurtuluş Gününün Azərbaycan xalqının və dövlətinin tarixində əlamətdar bir gün olduğunu vurğulayaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 22 il öncə xalqın iradəsi ilə yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmizin ictimai-siyasi və iqtisadi, sosial-mədəni həyatında uğurlu inkişaf mərhələsi başladıqdan sonra, ordu quruculuğu yeni vüsət almışdır. Müstəqil Azərbaycanımızın 22 il ərzində qazandığı uğur və nailiyyətlərə görə ümummilli liderimiz Heydər Əliyevə və dahi rəhbərin siyasi kursunu uğurla davam etdirən cənab İlham Əliyevə minnətdarıq. Silahlı Qüvvələrin bu gün ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunduğunu fərəh hissi ilə qeyd edən polkovnik Elşad Əbilov, sonra Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun bayram təbriklərini şəxsi heyətə çatdırıb. Tədbir iştirakçıları təbrikləri ruh yüksəkliyi ilə qarşılayaraq hər an Vətənin çağırışına hazır olduqlarını bildiriblər.
Mircəlal Paşayev adına 39 nömrəli Gəncə şəhər orta məktəbinin müəllim və şagirdləri "Xalqımızın Milli Qurtuluşu”, “Qurtuluşa aparan yollar" və "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" adlı ədəbi-bədii kompozisiyalarla hərbçilər qarşısında çıxış ediblər.
Birlik komandirinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.
Sonra şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin Heydər Əliyev prospekti ilə bayram yürüşü edib. Hərbçilərin yürüşünü coşğu ilə qarşılayan şəhər əhalisi Azərbaycan əsgərinin torpaqlarımızı tezliklə azad edəcəyinə və qələbə bayrağını Xankəndi, Şuşa, Laçın və digər işğal olunan rayonlarımızda da dalğalandıracağına əmin olduqlarını bildiriblər.