Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 İyun 2015 09:00

Silahlı Qüvvələr gününə həsr olunmuş mahnı musabiqəsinin yarımfinal mərhələsinə start verilir

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evinin Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə keçirdiyi Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" hərbi-vətənpərvərlik mahnıları musabiqəsinin yarımfinal mərhələsinə start verilir.
Müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi- vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və Azərbaycanın rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edirlər.
Tədbirin keçirilməsində əsas məqsəd milli mədəniyyətin, incəsənətin və hərbi ənənələrin təbliği ilə yanaşı gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, ordu ilə cəmiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsidir.
Müsabiqə iştirakçıların hər birinin ifası Respublikanın Əməkdar artistləri Azərin və İlqar Muradov tərəfindən qiymətləndirilib. 17.281 nəfərin iştirak etdiyi elektron səsəvermə nəticəsində 13 ifaçı yarımfinalda iştirak etmək şansı qazanıb.
10-20 iyun tarixlərində Gəncə və Şəmkir şəhərlərində yarımfinal mərhələsi keçiriləcək "Vətən uğrunda!" hərbi-vətənpərvərlik mahnıları musabiqəsinə iyunun 25-də yekun vurulacaq. Qaliblərə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim ediləcək və mükafata layiq görülən ifaçıların iştirakı ilə konsert proqramı təşkil olunacaqdır.