AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Ermənistanın Müdafiə Nazirliyinə istinadən düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 31-də Silahlı Qüvvələrimizin mövqelərinin və minik avtomobilinin məhv edilməsi barədə verilən məlumatlar yalandır və dezinformasiya xarakteri daşıyır.
Azərbaycan Respublikası Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Tibb Baş İdarəsinin, Hərbi Tibb Fakültəsinin və Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzində keçirilən birgə təlim toplantısını Silahli Qüvvələrin Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Babayev açaraq məruzə olunacaq məsələlərin aktuallığı barədə məlumat verib.
Fevralın 2-dən 6-dək Oberammerqau (Almaniya) şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu keçiriləcək.
Azərbaycan Hərb Tarixi Muzeyində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.
Bu günlərdə C.Naxçıvanski adına Hərbi Liseyin klubunda kursantlarla tanınmış gülüş ustası Fərda Xudaverdiyevin görüşü keçirilib.
C.Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyinin, habelə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq yanvarın 29-da Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən növbəti monitorinq başa çatıb.
Yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən nazirin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev və Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi polkovnik Rüfət Əmirov idarə heyəti ilə birgə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yoxlanılması məqsədilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdədirlər.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi planına əsasən, Maddi-Texniki Təminat Baş İdarəsində yanvarın 28-də "Heydər Əliyev irsini öyrənirik" mövzusunda nümunəvi məşğələ keçirilib.