C.Naxçıvanski adına Hərbi Liseydə Gənclər və İdman Nazirliyinin, habelə ictimai birliklərin nümayəndələrinin iştirakı ilə 2 fevral - Gənclər Gününə həsr olunmuş tədbir keçirilib. Öncə Hərbi Lisey rəisi general-mayor Mirzə Almasov çıxış edərək qonaqları salamlayaraq, Azərbaycan gəncliyinin uğurlarından və gələcəkdə qarşıda duran vəzifələrdən danişıb.
Qonaqların çıxışından sonra tədrisdə və idmanda fərqlənən bir qrup kursant, Gənclər və İdman Nazirliyinin qiymətli hədiyyələri və fəxri fərmanları ilə təltif edilib.
Tədbir incəsənət nümayəndələrinin iştirak etdiyi konsert proqramıyla başa çatıb.