AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 31-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun başçılığı ilə Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar.
Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan-ABŞ iş planına əsasən 06-10.01.2014 “Qara Dəniz Rotasiya Qüvvələri-2014” təliminin Əsas planlaşdırma konfransı Ştutqard, Almaniya Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq proqramına əsasən 07-09.01.2014 Türkiyə Respublikası Silahlı Qüvvələri ali rütbəli zabitlərindən ibarət nümayəndə heyətinin səfəriBakı, Azərbaycan Azərbaycan-Böyük Britaniya ikitərəfli əməkdaşlıq proqramına əsasən 20.01-11.04.2014 Hərbi ingilis dili kursu Şrivenham, Böyük Britaniya Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq proqramına əsasən 20.01-23.05.2014 İngilis dili kursu Vilnüs, Litva NATO-nun Siyasi və Tərəfdaşlıq Komitəsinin Avro-Atlantik Tərəfdaşlıq Şurası formatında növbəti "NATO-nun Tərəfdaşlığı - Oberammerqau Simpoziumu"21-23.01.2014 Oberammerqau, Almaniya.
27 dekabr 2013-cü il tarixində erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq Tərtər rayonunun Çaylı kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutublar.
Dekabrın 24-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən dekabrın 17-19 tarixlərində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Ramşteyn Birləşmiş Qüvvələr Komandanlığının Ekspert Qrupu Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri ilə Ekspert Qərargah görüşü keçirib.
Dekabrın 20-də Müdafiə Nazirliyində kollegiya üzvlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Hərbi Hava Qüvvələrinin hərbi hissələri ilə tanışlığı davam edib.
Dekabrın 19-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Fransa Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönyeni qəbul edib.
Dekabrın 18-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının Baş Plan və Prinsiplər idarəsinin rəisi korpus generalı Alpaslan Erdoğanı qəbul edib.