AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyevin ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarla görüşündə Azərbaycanda keçirilən Prezident seçkiləri ilə bağlı səfirin söylədikləri mətbuatda yayıldıqdan sonra səfirlik tərəfindən məlumatın dəqiq olmadığı barədə açıqlama verilib.
Oktyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarı qəbul edib.
Oktyabrın 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikası senatının müdafiə və müdafiə sənayesi üzrə komitəsinin sədri, Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə edən Pakistan Parlament Qrupunun rəhbəri Müşahid Hüseyin Syedi qəbul edib.
Görkəmli sənət adamları və ziyalılarla görüşlərin keçirilməsi ordumuzda dəyərli ənənəyə çevrilibBir zaman ümummilli liderimiz Heydər Əliyev qeyd edirdi ki, ordu quruculuğunu inkişaf etdirmək üçün cəmiyyətdə tutduğu mövqeyindən, mənsubiyyətindən asılı olmayaraq hər kəs əlbir fəaliyyət göstərməlidir.
Azərbaycan Ordusunda əldə olunmuş uğurların əsas bazasını dövlətin Silahlı Qüvvələr quruculuğuna verdiyi yüksək önəm, göstərdiyi diqqət təşkil edir.
Oktyabrın 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dimitrios Tsounqası qəbul edib.
Heydər Əliyev adma Azərbaycan Ali Hərbi Məktəbində yazıçı Çingiz Abdullayevlə görüş keçirilibTanmmış yaradıcı insanlarla görüş həmişə maraqla qarşılanır, hər kəsi daxilən zənginləşdirir, bir sözlə, hər birimiz üçün yeni məlumat, yeni təəssürat deməkdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2013-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Brunssumda yerləşən Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "NATO-nun əməliyyat planlaşdırma prosesi" mövzusunda təlim kursu başlayıb.